Bakı. Trend:
Nyu-York əmtəə birjasında (NYMEX) və "Comex" birjasında (NYMEX-in bölməsi) qiymətli metallar - platin, palladium, qızıl və gümüş üzrə fyuçerslərin qiyməti 2,08%-dən 3,36%-ə qədər artım göstərir.
Trend-in məlumatına görə, bu barədə ticarət platformasından bildirilib.
Məlumata əsasən, NYMEX birjasında 2025-ci ilin dekabrında çatdırılma üzrə palladium fyuçerslərinin qiyməti 1 troya unsiyası üçün 1500,5 dollar (+2,77%), NYMEX birjasında 2026-cı ilin yanvarında çatdırılma üzrə platin fyuçersləri isə 2,92% artaraq 1 597,8 troya unsiyası üçün 1597,8 dollar təşkil edib.
Eyni zamanda, "Comex" birjasında 2025-ci ilin dekabrında çatdırılma üçün qızılın qiyməti 1 troya unsiyası üçün 4162,7 dollar (+2,39%), "Comex" birjasında gümüşün fyuçersləri isə 1 troy unsiyası üçün 48,93 dollar (+2,62%) təşkil edib.