Bakı. Trend:
QHT işi üzrə ittiham olunan Asiman Qocayevin məhkəməsi başlayıb.
Trend xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmənin baxışa verilməsi barədə qərar qəbul edilib.
Məhkəmə 6 noyabra təyin edilib.
Qeyd edək ki, təqsirləndirilən Asiman Qocayev Cinayət Məcəlləsinin 192.2.2, 213.1, 308.2-ci maddəsi ilə ittiham edilib.