...

Neft Fondunun investisiya portfelində xarici valyutaların payı açıqlanıb

İqtisadiyyat Materials 23 Oktyabr 2025 11:38 (UTC +04:00)
Neft Fondunun investisiya portfelində xarici valyutaların payı açıqlanıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin oktyabrın 1-nə Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) investisiya portfelinin dəyəri 70,160 milyard ABŞ dolları təşkil edib.

Bu barədə Trend Fonda istinadən xəbər verir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 8,969 milyard ABŞ dolları və ya 14,7% çoxdur.

Hesabat dövrünə ARDNF-nin investisiyalarının 67,8%-i və ya 47,589 milyardı ABŞ dollarındadır. Bu, ötən ilin eyni dövrünə nisbətən 0,8 faiz bəndi çoxdur.

Eyni zamanda Fondun investisiya portfelində avronun payı bir il əvvəlki göstərici ilə müqayisədə 20,3%-dən 20%-ə və ya 11,988 milyard avroya enib.

İnvestisiya portfelində ingilis funt sterlinqinin payı 4,9% və ya 2,555 milyard funt sterlinq təşkil edib ki, bu da illik müqayisədə 0,2 faiz bəndi azdır.

Həmçinin bu ilin ilk 9 ayında ARDNF-nin investisiya portfelində Çin yuanınln payı 0,3 faiz bəndi azalaraq 2,3% (11,380 milyard), Yapon yeninin payı dəyişməyərək 1,4% (140,352 milyon), digər xarici valyutaların payı da dəyişməyərək 3,6% (2,534 milyard dollar ekvivalentində) təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti