Bakı. Trend:
2026-cı il dövlət büdcəsindən iqtisadi fəaliyyət xərcləri bölməsinə aid olan nəqliyyat və rabitə xərcləri üçün 286,9 milyon manat vəsait proqnozlaşdırılıb.
Trend-in məlumatına görə, bu məsələ “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb.
Layihədə bildirilib ki, metroda sərnişindaşıma xidməti üzrə gediş haqqı tariflərinin artımı da nəzərə alınmaqla “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin sərnişindaşıma xidməti tarifinin maya dəyərindən aşağı olması nəticəsində yaranmış zərərin örtülməsi üçün növbəti ildə 40,0 milyon manat subsidiya nəzərdə tutulub ki, bu da 2025-ci illə müqayisədə 12,3 milyon manat və ya 44,6 faiz çoxdur.