Bakı. Trend:
Proqnozlara əsasən, ÜDM 2026-cı ildə real ifadədə 2,9 faiz artaraq 134,1 milyard manat, o cümlədən qeyri neft-qaz ÜDM-in real ifadədə 5,0 faiz artaraq 101,7 milyard manat təşkil edəcək.
Trend-in məlumatına görə, bu məsələ “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb.
Layihədə bildirilib ki, Növbəti ildə ÜDM-in tərkibində qeyri neft-qaz sektorunun payının cari il üzrə qeyri-neft ÜDM-in gözlənilən göstəricisinə nəzərən 3,8 faiz-bənd artımla 75,8 faizə çatacağı gözlənilir.
Həmçinin vurğulanıb ki, İqtisadiyyat Nazirliyi tərəfindən hazırlanmış iqtisadi və sosial inkişaf proqnozlarının baza ssenarisinə əsasən, 2025-ci ildə ölkədə ÜDM real ifadədə 3,0 faiz artaraq 129,9 milyard manat olacaq.