Bakı. Trend:
2026-cı ildə Beynəlxalq münasibətlər, xarici yardımlar və Azərbaycan Respublikasının xaricdəki ticarət nümayəndələrinin saxlanılması ilə bağlı xərclər məlum olub.
Trend-in məlumatına görə, bu məsələ “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb.
Layihədə bildirilib ki, 2026-cı ilin dövlət büdcəsinin layihəsində beynəlxalq münasibətlər (o cümlədən, beynəlxalq və regional təşkilatlara üzvlük haqqı və maliyyə institutlarının (maliyyə-kredit təşkilatlarının) səhm kapitalında iştirakı, Azərbaycan Respublikasının xaricdəki diplomatik nümayəndəlikləri və konsulluqlarının saxlanılması, beynəlxalq fəaliyyət və bu qəbildən olan digər tədbirlər, beynəlxalq səviyyəli tədbirlərin keçirilməsi ilə bağlı xərclər), xarici yardımlar və Azərbaycan Respublikasının xaricdəki ticarət nümayəndələrinin saxlanılması ilə bağlı xərclər üzrə 549,5 milyon manat məbləğində vəsait proqnozlaşdırılmışdır ki, bu da 2025-ci illə müqayisədə 14,2 milyon manat və ya 2,7 faiz çoxdur.
Bu xərclərin 215,0 milyon manatı Azərbaycan Respublikasının xaricdəki diplomatik nümayəndəlikləri və konsulluqlarının saxlanılması xərclərinə (2025-ci illə müqayisədə 10,0 milyon manat və ya 4,9 faiz çox), 23,5 milyon manatı beynəlxalq və regional təşkilatlara üzvlük haqqı ilə bağlı xərclərə, 38,0 milyon manatı beynəlxalq və regional maliyyə institutlarının (maliyyə-kredit təşkilatlarının) səhm kapitalında iştirakı ilə bağlı xərclərə, 7,0 milyon manatı beynəlxalq fəaliyyət və bu qəbildən olan digər tədbirlərlə bağlı xərclərə, 239,0 milyon manatı beynəlxalq səviyyəli tədbirlərin keçirilməsi ilə bağlı xərclərə, 19,0 milyon manatı xarici yardımlar üzrə xərclərə, 8,0 milyon manatı isə Azərbaycan Respublikasının xaricdəki ticarət nümayəndələrinin saxlanılması üzrə xərclərə yönəldiləcəkdir.