...

“İnter Mayami” Lionel Messi ilə müqavilənin uzadıldığını açıqlayıb

İdman Materials 23 Oktyabr 2025 20:24 (UTC +04:00)
“İnter Mayami” Lionel Messi ilə müqavilənin uzadıldığını açıqlayıb

Bakı. Trend:

"İnter Mayami” özünün "X" sosial media səhifəsində forvard və kapitan Lionel Messinin stadionda təmir işlərinin fonunda sənədləri oxuduğunu və sonra imzaladığını göstərən bir video yayımlayıb.

Trend xəbər verir ki, "flaminqo"lar paylaşıma “O, evdədir” şərhini yazıblar.

Qeyd edək ki, daha əvvəl 38 yaşlı futbolçunun müddəti 2028-ci ilə qədər olan yeni müqavilə imzalayacağı bildirmişdi.

İnsayder Fabrisio Romano da argentinalının klubla anlaşdığını yazıb.

Messi 2023-cü ilin yayından “İnter Mayami”də çıxış edir. Bu müddət ərzində forvard bütün yarışlarda 82 matçda meydana çıxıb, 71 qol vurub və 37 məhsuldar ötürmə verib. Transfermarkt-ın məlumatına görə, onun bazar dəyəri 18 milyon avrodur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti