Bakı. Trend:
Azərbaycan və Serbiya arasında iqtisadi əməkdaşlığa dair yeni sənədlər imzalanıb.
Trend xəbər verir ki, maliyyə naziri Sahil Babayev və Serbiyanın mədəniyyət naziri Nikola Selakoviç iki ölkə arasında Ticarət və İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın IX iclasının nəticələrinə dair protokolu imzalayıblar.
Bundan əlavə, KOBİA-nın sədri Orxan Məmmədov və Serbiya İnkişaf Agentliyinin nümayəndəsi Nikola Yankoviç arasında Anlaşma Memorandumu çərçivəsində fəaliyyətlərin icrası üzrə Yol Xəritəsi imzalanıb.
Tədbirdən sonra həmsədrlər jurnalistlərin suallarını cavablandırıblar.