Bakı. Trend:
Azərbaycan Respublikasının Energetika Nazirliyi enerji auditoru ixtisas attestatının əldə edilməsi məqsədilə təsərrüfat subyektlərində, həmçinin binalarda (qurğularda) enerji auditinin keçirilməsi ixtisas kateqoriyaları üzrə attestasiya elan edir.
Trend Energetika Nazirliyinə istinadən xəbər verir ki, attestasiya təsərrüfat subyektlərində enerji auditinin keçirilməsi ixtisas kateqoriyası üzrə 06.11.2025-ci il tarixində saat 12:00-da, binalarda (qurğularda) enerji auditinin keçirilməsi ixtisas kateqoriyası üzrə isə 07.11.2025-ci il tarixində saat 12:00-da Energetika Nazirliyində təşkil ediləcək.
Həmçinin enerji auditoru ixtisas attestatını əldə etmək istəyən maraqlı şəxslərin məlumatlandırılması və prosesin təşviqi məqsədilə 03.11.2025-ci il tarixində saat 12:00-da Energetika Nazirliyində “Enerji auditi nədir? Kimlər enerji auditoru ola bilər?” mövzusunda infosessiya keçiriləcək.
Ətraflı Nazirliyin rəsmi internet səhifəsində “Elanlar” bölməsindəki aşağıdakı linkə daxil olaraq məlumat almaq mümkündür: