Bakı. Trend:
Bir sıra avtobus və yük avtomobillərinin ehtiyat hissələrinin idxalına tətbiq edilən vergi güzəştinin müddəti artırılır.
Trend-in məlumatına görə, bu məsələ “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb.
Layihədə bildirilib ki, Azərbaycan Respublikasının ərazisində istehsal olunan avtobusların və yük avtomobillərinin satışı, habelə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiqedici sənədi əsasında hüquqi şəxslər tərəfindən istehsal məqsədilə avtobusların və yük avtomobillərinin ehtiyat hissələrinin idxalı – avtobuslara münasibətdə 2025-ci il yanvarın 1-dən 8 il müddətinə, yük avtomobillərinə münasibətdə 2026-cı il yanvarın 1-dən 7 il müddətinə vergidən azad ediləcək.