...

Bakıda həkimləri heyrətləndirən yeniyetmə - Bağırsağından taxta çıxdı (FOTO)

Cəmiyyət Materials 23 Oktyabr 2025 09:45 (UTC +04:00)
Bakıda həkimləri heyrətləndirən yeniyetmə - Bağırsağından taxta çıxdı (FOTO)
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

14 oktyabr 2025-ci il tarixində 2008-ci il təvəllüdlü yeniyetmə qarın nahiyəsində kəskin ağrı, ürəkbulanma, təkrarlanan qusma və hipertermiya şikayətləri ilə Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə gətirilib.

Bu barədə Trend-ə Kliniki Tibbi Mərkəzin mətbuat katibi Ruzbeh Məmməd məlumat verib.

Bildirilib ki, müayinələr nəticəsində xəstəyə peritonit diaqnozu qoyulub və əməliyyatönü hazırlıqdan sonra təxirəsalınmaz cərrahi müdaxilə aparılıb.

"Uşaq cərrahiyyəsi şöbəsinin müdiri İlqar Haqverdiyev və uşaq cərrahı Günay Əmrahlı tərəfindən nazik bağırsaq seqmentinin rezeksiyası, yoğun bağırsağın defektinin tikilməsi əməliyyatı icra olunub.

Əməliyyat zamanı nazik bağırsaqda, iliosekal küncdən 70–80 sm məsafədə, iki yerdə deşici (perforativ) zədələnmə müəyyən olunub. Bu perforasiyalara səbəb bağırsaq mənfəzində yerləşən iti və sərt yad cisim taxta parçası olub. Bundan əlavə, yoğun bağırsaqda da perforativ dəlik və bütün nazik bağırsaq boyunca mənfəz daxilində müxtəlif ölçülü, iti uclu, sərt yad cisimlər aşkarlanıb.

Uğurlu cərrahi müdaxilə və 8 günlük stasionar müalicə nəticəsində xəstənin vəziyyəti kafi qiymətləndirilib və o, ambulator müalicə üçün evə buraxılıb",- deyə o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti