...

Neft Fondu qızıl alışını artırıb

İqtisadiyyat Materials 23 Oktyabr 2025 10:53 (UTC +04:00)
Neft Fondu qızıl alışını artırıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin III rübündə Azərbaycan Dövlət Neft Fondu (ARDNF) qızıl ehtiyatlarını 184,8 tona çatdırıb.

Trend bu barədə Fonda istinadən xəbər verir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 57,8 ton və ya 45,5% çoxdur.

Bu ilin oktyabrın 1-nə ARDNF-in investisiya portfelində qızılın xüsusi çəkisi 32,8% olub ki, bu da iyulun 1-i ilə müqayisədə 4 faiz bəndi çoxdur.

“Qızıl bazarı hesabat dövründə ardıcıl olaraq tarixi maksimum səviyyələri yeniləyərək yüksək gəlirlilik nümayiş etdirib. Qlobal miqyasda davam edən qeyri-müəyyənliklər, mərkəzi banklar tərəfindən həyata keçirilən iri həcmli alışlar və digər mənbələrdən mövcud tələbat qızılın qiymətinin yüksəlməsinə səbəb olub. Nəticə etibarilə, bu amillər Dövlət Neft Fondunun qızıl altportfelinin performansını əhəmiyyətli dərəcədə yaxşılaşdırmış və büdcədənkənar gəlirlərin artımına töhfə verib”, - məlumatda vurğulanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti