...

Gələn il üzrə dövlət büdcəsinin yerli gəlir və xərcləri proqnozlaşdırılıb

İqtisadiyyat Materials 23 Oktyabr 2025 16:42 (UTC +04:00)
Gələn il üzrə dövlət büdcəsinin yerli gəlir və xərcləri proqnozlaşdırılıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Gələn il dövlət büdcəsi gəlirlərinin tərkib hissəsi olan yerli gəlirləri 758,3 milyon manat, yerli xərcləri isə 759,1 milyon manat məbləğində proqnozlaşdırılır.

Trend-in məlumatına görə, bu məsələ “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb.

Məlumata görə, yerli xərclərin 246,8 milyon manatı və ya 32,5 faizi ətraf mühitin mühafizəsi xərclərinə
(sanitar təmizlik və abadlaşdırılma xidmətləri haqqının ödənilməsi və s.), 218,6 milyon manatı və ya 28,8 faizi icra hakimiyyəti orqanlarının saxlanılması xərclərinə, 212,1 milyon manatı və ya 27,9 faizi mənzil və kommunal təsərrüfatı xərclərinə, 47,1 milyon manatı və ya 6,2 faizi nəqliyyat və rabitə xərclərinə (yolların əsaslı təmiri xərcləri 46,3 milyon manat, avtomobil nəqliyyatı fəaliyyətinin tənzimlənməsi və digər nəqliyyat xərcləri 0,8 milyon manat), 15,5 milyon manatı və ya 2 faizi kirayəyə götürülmüş yaşayış sahəsinə görə yaşayış yeri olmayan hərbi qulluqçulara (ehtiyatda və istefada olan hərbi qulluqçular da nəzərə alınmaqla) pul kompensasiyasının ödənilməsi xərclərinə, 5,7 milyon manatı və ya 0,8 faizi mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyət xərclərinə və 13,3 milyon manatı və ya 1,8 faizi digər xərclərə yönəldiləcək.

İqtisadi təsnifata uyğun olaraq, 2026-cı il üçün yerli xərclərinin əməyin ödənişi xərcləri 51,9 faiz olmaqla 394,1 milyon manat, iş və xidmətlərin alınması xərcləri 29,5 faiz olmaqla 223,9 milyon manat, malların satınalınması ilə bağlı xərclər 3 faiz olmaqla 22,5 milyon manat, qeyri-maliyyə aktivlərinə aid olan xərclər 15,1 faiz olmaqla 115,0 milyon manat, subsidiyalar 0,1 faiz olmaqla 0,9 milyon manat və sosial ödənişin xərcləri 0,4 faiz olmaqla 2,7 milyon manat təşkil edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti