...

Orta Dəhliz ticarət habı kimi Bosniya və Herseqovina üçün yeni imkanlar açır

İqtisadiyyat Materials 23 Oktyabr 2025 14:14 (UTC +04:00)
Orta Dəhliz ticarət habı kimi Bosniya və Herseqovina üçün yeni imkanlar açır
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı. Trend:

Bosniya və Herseqovina regional ticarə habına çevrilmək potensialına malikdir, lakin bunun üçün təkcə infrastruktur deyil, eyni zamanda logistik alətlərin olması vacibdir.

Trend Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqına (IRU) istinadən xəbər verir ki, bunu IRU prezidenti Radu Dinesku Sarayevo şəhərində keçirilən 3-cü Beynəlxalq Logistika Konfransında deyib.

Qeyd olunur ki, IRU üzvü olan AIRH (Bosniya və Herzeqovinanın Avtomobil və Beynəlxalq Nəqliyyat Assossasiyası) tərəfindən təşkil olunmuş Üçüncü Logistika Konfransında sahənin liderləri və beynəlxalq ekspertlər müxtəlif sektorlarda innovativ logistik həllərin tətbiqi ilə bağlı məlumat mübadiləsi aparmaq üçün bir araya gəlib.

Məlumata əsasən, IRU prezidenti Radu Dinesku açılış nitqində bunları deyib: “Bosniya və Herseqovina strateji mövqeyini nəzərə alaraq, infrastruktur və ‘yumşaq tədbirlərin’ düzgün kombinasiyası ilə regional ticarət mərkəzinə çevrilə bilər.”

O əlavə edib: “Beynəlxalq və regional standartlara əsaslanan TIR tranzit sistemi kimi alətlər böyük təsir gücünə malikdir. Onlar effektiv və təhlükəsiz olan marşrutla belə olmayan marşrut arasında həlledici amilə çevrilə bilərlər”.

Vurğulanır ki, qlobal TIR sistemi sərhədlərdə tranzit vaxtını 92 faizədək azaldır və nəqliyyat xərclərini 50 faizədək aşağı salır.

“Dəyişən ticarət dəhlizlərinin yaratdığı yeni imkanları nəzərə alaraq, sizləri Bosniya və Herseqovinada logistikanın səmərəliliyini artırmaq üçün bu alətlərə diqqət yetirməyə çağırıram”, – deyə Radu Dinesku qeyd edib.

IRU-nun məlumatına görə, müzakirələr zamanı ticarət və nəqliyyatı formalaşdıran qlobal tendensiyalar, o cümlədən Orta Dəhlizin və İraq İnkişaf Yolunun sürətli inkişafı da müzakirə olunub. Hər iki marşrut Yaxın Şərq, Türkiyə və Avropa arasında quru əlaqələrini yenidən müəyyənləşdirir.

“Avropa İttifaqı Bosniya və Herseqovinanın ticarətinin təxminən 65 faizini təşkil edir. Lakin Aİ-yə qapı rolunu oynayan və regional ticarət mərkəzinə çevrilmək iddiasına malik bir ölkə kimi, Bosniya və Herseqovina həmçinin şərqə də baxmalıdır - çünki Türkiyə, Orta Dəhliz və İraq İnkişaf Yolu vasitəsilə Avropaya daxil olan ticarət həcmləri sürətlə artır”, - deyə Radu Dinesku əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti