Bakı. Trend:
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycana 28,9 milyon ABŞ dolları dəyərində humanitar yük, təmənnasız kömək, texniki yardım və hədiyyə idxal edilib.
Bu barədə Trend Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, bu, ötən ilin eyni dövründəki göstərici ilə müqayisədə 31,9 milyon ABŞ dolları və ya 2,1 dəfə azdır.
Hesabat dövründə sözügedən məhsulların idxalda xüsusi çəkisi 0,17% təşkil edib.
Eyni zamanda, 2025-ci ilin yanvar-sentyabr aylarında Azərbaycandan 3,2 milyon ABŞ dolları dəyərində humanitar yük, təmənnasız kömək, texniki yardım və hədiyyə ixrac edilib ki, bu da ötən ilin eyni dövründəki göstərici ilə müqayisədə 428 min ABŞ dolları və ya 11,6% azdır.
Hesabat dövründə sözügedən məhsulların ixracda xüsusi çəkisi 0,02% təşkil edib.