Bakı. Trend:
2026-cı ilin dövlət büdcəsində VII çağırış Milli Məclisin deputatlarının təmsil etdikləri siyasi partiyaların fəaliyyətinin maliyyələşdirilməsi üçün 6 milyon manat vəsait nəzərdə tutulub.
Trend-in məlumatına görə, bu məsələ “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb.
Layihədə bildirilib ki, 2025-ci illə müqayisədə televiziya, radio və nəşriyyat xərcləri 11,0 milyon manat və ya 16,2 faiz, yaradıcı ittifaqlar, cəmiyyətlər, siyasi partiyalar, diaspora və dini tədbirlərlə bağlı xərclər 0,8 milyon manat və ya 3,5 faiz artımla proqnozlaşdırılıb.