...

Tramp oktyabrın 30-da Si Cinpinlə görüş keçirəcək - Ağ Ev

Dünya xəbərləri Materials 23 Oktyabr 2025 22:26 (UTC +04:00)
Tramp oktyabrın 30-da Si Cinpinlə görüş keçirəcək - Ağ Ev

Bakı. Trend:

ABŞ prezidenti Donald Tramp oktyabrın 30-da Çin prezidenti Si Cinpinlə görüşəcək.

Trend-in məlumatına görə, bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Livitt brifinqdə bildirib.

Onun sözlərinə görə, D.Tramp oktyabrın 24-də Malayziyaya səfər edəcək, ora yerli vaxtla oktyabrın 26-da səhər saatlarında gələcək və ölkənin baş naziri Ənvər İbrahimlə görüşəcək və ASEAN liderlərinin "axşam yeməyində" iştirak edəcək.

Oktyabrın 27-də Tramp Tokioya səfər edəcək və oktyabrın 28-də Yaponiyanın yeni baş naziri Sanae Takaiçi ilə görüşəcək. Oktyabrın 29-da Tramp Pusana uçacaq, orada Cənubi Koreya prezidenti Li Çje Myon ilə görüşəcək və Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammitində çıxış edəcək. “Yerli vaxtla cümə axşamı prezident Vaşinqtona qayıtmazdan əvvəl Çin sədri Si [Cinpin] ilə ikitərəfli görüşdə iştirak edəcək”, - deyə K.Livitt qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti