Bakı. Trend:
2026-cı ilin dövlət büdcəsində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə ayrılacaq vəsaitin həcmi məlum olub.
Trend-in məlumatına görə, bu məsələ “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb.
Layihədə bildirilib ki, 2026-cı ilin dövlət büdcəsində Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi” publik hüquqi şəxsə avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşımalarının təşkili, beynəlxalq sərnişin və yük daşımalarını tənzimləyən icazə sisteminin tətbiqi, yeni yol nişanlarının quraşdırılması və mövcud yol nişanlarının bərpası, yol hərəkətinin və piyada-yol infrastrukturunun təşkili üçün 40,0 milyon manat vəsait proqnozlaşdırılıb.