Bakı. Trend:
ABŞ-nin İllinoys ştatının Şimal dairəsinin hakimi Eypril Perri ölkə prezidenti Donald Trampın Çikaqoya Milli Qvardiya səfərbər etməsini qeyri-müəyyən müddətə qadağan edib.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə qətnamə federal məhkəmənin saytında dərc olunub.
Federal administrasiya yuxarı instansiya məhkəməsinin bu qərarından şikayət etmək niyyətindədir. Qeyd olunur ki, Ağ Evin ştatlara Milli Qvardiya döyüşçüləri göndərməsi ilə bağlı qərarını artıq bir sıra məhkəmələr bloklayıb.
Xatırladaq ki, oktyabr ayının əvvəlində Tramp Milli Qvardiyanın 300-ə yaxın döyüşçüsünün İllinoys ştatına səfərbər olunması ilə bağlı sərəncam vermişdi.