...

Almaniyada atışma olub, ölən var

Dünya xəbərləri Materials 23 Oktyabr 2025 02:42 (UTC +04:00)

Bakı. Trend:

Almaniyanın Hannover şəhərində iki qrup arasında baş verən silahlı qarşıdurma bir nəfərin ölümü, bir neçə nəfərin xəsarət alması ilə nəticələnib.

Trend xəbər verir ki, polisin məlumatında bir neçə nəfər arasında başlayan mübahisənin qısa müddətdə silahlı qarşıdurmaya çevrildiyi, bir neçə dəfə atəş açıldığı bildirilib. Nəticədə bir nəfər aldığı güllə yarasından hadisə yerində ölüb, bir neçə nəfər isə xəsarət alıb. Yaralıların sayı və vəziyyəti barədə məlumat verilməyib.

Polis hadisə yerinin yaxınlığında bir nəfəri şübhəli şəxs qismində saxlayıb. Onun insidentdə iştirak edib-etmədiyi araşdırılır. Hazırda ərazidə əməliyyat-axtarış və istintaq tədbirləri davam edir. Hadisə yerinə polis helikopteri cəlb olunub.

Xəbər lenti

Xəbər lenti