Bakı. Trend:
Bakı şəhərinin Suraxanı rayonunda ümumi sahəsi 70 m² olan dəmir konstruksiyalardan ibarət təndirxananın dam örtüyünün taxta atmaları yanıb, yüksək temperaturdan yaxınlıqda dayanan "Mercedes" markalı yük avtomobilinin ön işığı və yan güzgüsü əriyib.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə bildirilib ki, avtomobilin qalan hissəsi və ətrafdakı tikililər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.