Bakı. Trend:
Şəffaflıq olmadan əldə edilən uğurları saxlamaq, inkişaf etdirmək çətin məsələdir. Ona görə ölkəmizdə bu sahədə çox uğurlu şəffaflıq strategiyası həyata keçirilir.
Trend xəbər verir ki, bunu Auditorlar Palatasının sədri Vahid Novruzov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində keçirilən “Konstitusiya və Suverenlik İli”nə həsr edilən “Dövlət suverenliyinin iqtisadi əsasları və iqtisadi müstəqillik” mövzusunda elmi-praktik konfransda çıxışı zamanı deyib.
O bildirib ki, şəffaflıq tərəqqiyə, qapalılıq isə tənəzzülə gətirib çıxarır.
“Təəssüf ki, bəzi sahələrdə hələ də müşahidə olunan qapalılıq, şəffaflığın az olması tələb edir ki, bu sahədə də qanunvericilik və icra orqanları tərəfindən fəaliyyətimizi daha da gücləndirək ki, dövlətin suverenliyi daha möhkəm olsun və qarşımıza qoyulan məsələlər daha uğurla həyata keçirilsin.
Şanlı qələbədən daha güclü iqtisadiyyata getməliyik. Bunun üçün Azərbaycanda hər bir şərait var”, - deyə V.Novruzov qeyd edib.