Bakı. Trend:
2022-ci ildən Azərbaycanda Şərq-Qərb dəhlizi ilə yükdaşımaları 90 faiz artıb.
Trend xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Estoniyanın xarici işlər naziri Marqus Tsaxna ilə birgə mətbuat konfransında deyib.
Nazir qeyd edib ki, nəqliyyat və rabitə Azərbaycanın gündəliyində duran əsas məsələlərdəndir. Bu kontekstdə tərəflər bu gün Orta Dəhlizin inkişafını müzakirə ediblər.
"Biz həmçinin perspektivli layihəni - ildə 15 milyon tona qədər yükün daşınmasına imkan verəcək 42 kilometrlik hissə olan TRIPP layihəsini müzakirə etdik", - o bildirib.