Bakı. Trend:
Azərbaycanda nağdsız hesablaşmalarla bağlı qanunda dəyişiklik təsdiqlənib.
Trend xəbər verir ki, bu, Prezident İlham Əliyevin “Nağdsız hesablaşmalar haqqında” Qnundan etdiyi dəyişiklikdə əksini tapıb.
Dəyişikliyə əsasən, kənd təsərrüfatı məhsullarının istehsalı ilə bağlı mülki hüquqi xarakterli müqavilələr əsasında mövsümi işlərə cəlb edilən fiziki şəxslər üçün gündəlik nağd ödəniş məbləği 20 manatdan 30 manata qədər artırılıb.