...

Azərbaycan "yaşıl enerji" sahəsində Türkmənistanla tərəfdaşlığı fəal şəkildə inkişaf etdirəcək - Orxan Zeynalov

İqtisadiyyat Materials 22 Oktyabr 2025 15:41 (UTC +04:00)
Azərbaycan "yaşıl enerji" sahəsində Türkmənistanla tərəfdaşlığı fəal şəkildə inkişaf etdirəcək - Orxan Zeynalov
Gülnarə Rəhimova
Gülnarə Rəhimova
Bütün xəbərlər

Aşqabad. Trend:

Azərbaycan enerji və ya “yaşıl keçid" sahəsində Türkmənistanla strateji tərəfdaşlığı aktiv şəkildə inkişaf etdirməyi planlaşdırır.

Trend-in xüsusi müxbirinin verdiyi xəbərə görə, bunu Azərbaycanın energetika nazirinin müavini Orxan Zeynalov Türkmənistanda keçirilən XXX Yubiley “Türkmənistanın Neft və Qazı- 2025” Beynəlxalq Konfransı və Sərgisində etdiyi çıxışda deyib.

Onun sözlərinə görə, Mərkəzi Asiya və ona bitişik bölgələr tədricən vahid geosiyasi və iqtisadi məkana çevrilirlər. Azərbaycanın təcrübəsi göstərir ki, davamlı əməkdaşlıq və enerji resurslarının şaxələndirilməsi regionun sabitliyi və təhlükəsizliyinin açarıdır.

"Enerji təhlükəsizliyi və dayanıqlılıq bərpa olunan enerjinin inkişafı ilə uzlaşdırılmalıdır. Gələcək illərdə Azərbaycanda ümumi gücü təxminən 2,7 GVt olan günəş və külək elektrik stansiyalarının inteqrasiyasını tamamlayacağıq ki, bu da 2035-ci ilə qədər quraşdırılmış gücdə "yaşıl enerji"nin payını 40-45 faizə çatdırmağa imkan verəcək",- deyə Zeynalov bildirib.

O qeyd edib ki, Azərbaycan strateji mövqeyindən aktiv istifadə edərək enerji şəbəkələrinin Qazaxıstan və Özbəkistanla inteqrasiyası və birləşdirilməsi istiqamətində iş aparır ki, bu da regiondan yeni nəqliyyat və enerji dəhlizinin reallaşdırılması üçün əsas yaradır.

"Bu, regionların ənənəvi və bərpa olunan enerji layihələrini birgə həyata keçirməsinə və Avropa və Yaxın Şərq bazarlarının etibarlı tədarükü təmin etməyə imkan verəcək", – deyə nazir müavini vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti