Bakı. Trend:
Son 20 ildə Azərbaycanın nəqliyyat sektorunda əsas kapitala investisiyalar 18 dəfə artıb.
Trend xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində keçirilən “Konstitusiya və Suverenlik İli”nə həsr edilən “Dövlət suverenliyinin iqtisadi əsasları və iqtisadi müstəqillik” mövzusunda elmi-praktik konfransda çıxışı zamanı deyib.
Nazir müavini vurğulayıb ki, 2024-cü ilin sonuna Azərbaycan üzərindən keçən tranzit həcmi 14,5 milyon ton təşkil edib.
“Bu da 2023-cü illə müqayisədə 8,4 % artım deməkdir. Son 5 ildə bu istiqamətdə 2,5 dəfə artım olub. Son 20 ildə nəqliyyat sektorunda məşğulluq 2 dəfədən çox, orta aylıq nominal əməkhaqqı 13,5 dəfə, əsas kapitala investisiyalar isə 18 dəfə artıb. 2024-cü ildə nəqliyyat sektoru 14,1 % artaraq ÜDM-in 7 %-ni, informasiya və rabitə sektoru isə 11,4 % artaraq ÜDM-in 1,9 %-ni təşkil edib”, - deyə R.Hümmətov bildirib.
