Bakı. Trend:
Bakıda avtomobillə moped toqquşub
Trend xəbər verir ki, hadisə oktyabrın 21-də Pirallahı qəsəbəsində baş verib.
Belə ki, 1991-ci il təvəllüdlü Eldar Səttarovun idarə etdiyi "Toyota Aqua" markalı avtomaşınla 1938-ci il təvəllüdü Hacı Ağayevin idarə etdiyi moped markalı motosiklet toqquşub. Nəticədə moped sürücüsü aldığı xəsarətdən hadisə yerində ölüb.
Faktla bağlı Pirallahı RPİ-nin İstintaq bölməsində Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə cinayət işi başlanılaraq istintaq aparılır.