...

Böyük Britaniyada xaricilərin sosial yardım müraciətlərinin sayı 1,9 milyona yaxınlaşıb

Dünya xəbərləri Materials 22 Oktyabr 2025 06:45 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Böyük Britaniyada xarici vətəndaşlar tərəfindən sosial yardım üçün edilən müraciətlərin sayı 1 milyon 900 minə çatmaq üzrədir.

Trend Böyük Britaniyanın Milli Statistika İdarəsinin məlumatına istinadən xəbər verir ki, 2025-ci ilin aprel–iyun ayları ərzində xarici vətəndaşlar ümumilikdə 1 milyon 897 min sosial yardım müraciəti təqdim ediblər. Onların 54 faizi Avropa İttifaqı ölkələrinin, 46 faizi isə Aİ-dən kənar ölkələrin vətəndaşları olub.

Bundan əlavə, əvvəllər xarici vətəndaş olan, lakin sonradan Britaniya vətəndaşlığı almış şəxslər tərəfindən 1 milyon 479 min müraciət qeydə alınıb. Beləliklə, ümumilikdə Böyük Britaniyada doğulmamış şəxslərin sosial yardım müraciətlərinin sayı 3,4 milyona çatıb.

Milli Statistika İdarəsi tərəfindən əmək qüvvələri sorğusunun nəticələri əsasında hazırlanan hesabat ilk dəfə olaraq yalnız universal kredit deyil, həmçinin mənzil yardımı, əlillik ödənişləri, uşaq müavinəti, pensiya kreditləri və baxıcı müavinətləri kimi bütün sosial yardım növlərini əhatə edir.

Məlumata görə, xarici vətəndaşlar daimi yaşayış icazəsi (ILR) və ya qaçqın statusu əldə etdikdən sonra britaniyalılarla eyni şərtlərlə sosial müavinətlərdən yararlana bilirlər.

Mühafizəkarlar və “Reform UK” Partiyasının nümayəndələri bu tendensiyanı dayanıqsız və ədalətsiz ödənişlər kimi qiymətləndirərək hökumətdən sərt məhdudiyyətlər tətbiq etməyi tələb ediblər.

Xəbər lenti

Xəbər lenti