...

“Qarabağ” bu gün Çempionlar Liqasında “Atletik Bilbao” ilə qarşılaşacaq

İdman Materials 22 Oktyabr 2025 09:00 (UTC +04:00)
“Qarabağ” bu gün Çempionlar Liqasında “Atletik Bilbao” ilə qarşılaşacaq
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün UEFA Çempionlar Liqasının Liqa mərhələsinin üçüncü turunda “Qarabağ” növbəti oyununa çıxacaq.

Trend xəbər verir ki, Azərbaycan təmsilçisi İspaniyanın “Atletik Bilbao” klubu ilə qarşılaşacaq.

Görüş “San Mames” stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 20:45-də start götürəcək.

Qeyd edək ki, “Qarabağ” növbəti oyununu noyabrın 5-də öz meydanında “Çelsi” klubuna qarşı keçirəcək.

Xatırladaq ki, Azərbaycan çempionu UEFA Çempionlar Liqasının əsas mərhələsində keçirdiyi iki görüşdən sonra altı xalla 6-cı pillədə qərarlaşıb.

Xəbər lenti

Xəbər lenti