...

Azərbaycan və Fələstin arasında əmək sahəsində gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb

Cəmiyyət Materials 21 Oktyabr 2025 16:22 (UTC +04:00)
Azərbaycan və Fələstin arasında əmək sahəsində gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Fələstin Dövlətinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Əhməd Metani ilə görüş olub.

Trend xəbər verir ki, bu barədə Nazirlik məlumat yayıb.

Bildirilib ki, Azərbaycan və Fələstin xalqlarının tarixi, dini, mədəni və dostluq əlaqələrinə malik olduğunu qeyd edən əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev iki ölkə arasında qarşılıqlı dəstək və həmrəyliyin mövcud olduğunu bildirib.

Görüşdə İslam Əməkdaşlıq Təşkilatının Bakıda yerləşən Əmək Mərkəzinin üzv ölkələr arasında əlaqələrin genişlənməsində, əmək və məşğulluq, sosial müdafiə sahələrində təcrübə mübadilələrinin aparılmasında əhəmiyyəti vurğulanıb.

Ölkəmizdə son illər əmək sahəsində aparılan islahatlar və əldə olunan nailiyyətlər barədə məlumat verilib. Bu sahədə iki ölkə arasında əməkdaşlığın inkişaf etdirilməsi, fəal təcrübə və məlumat mübadilələrinin aparılması üçün mühüm potensialın olduğu qeyd edilib.

Əhməd Metani ölkəsi ilə Azərbaycan arasında dostluq, həmrəylik münasibətlərinin olduğunu və daim inkişaf etdiyini, əmək sahəsində əlaqələrin genişləndirilməsində maraqlı olduqlarını bildirib. Qeyd edilən sahədə gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti