Mingəçevir.Trend:
Mingəçevir şəhərində iki qadını maşın vurub.
Trend-in bölgə müxbiri xəbər verir ki, “Vaz 2106” markalı avtomobilin törətdiyi qəza nəticəsində 1968-ci il təvəllüdlü Firəngiz Əhmədova dünyasını dəyişib, 1956-cı il təvəllüdlü Zöhrə İsmayılova isə xəsarət alıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin regional qrupundan Trend-in sorğusuna cavab olaraq bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb. Araşdırılma aparılır.