Bakı. Trend:
Azərbaycan Mərkəzi Bankı (AMB) faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərar barədə məlumatı 2025-ci il dekabr ayının 10-da ictimaiyyətə açıqlayacaq.
Bu barədə Trend AMB-yə istinadən xəbər verir.
Bildirilib ki, faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərar faktiki inflyasiyanın istiqaməti, habelə xarici və daxili risk amillərinin dinamikasından asılı olaraq veriləcək.
"Mərkəzi Bank bundan sonra da qiymət sabitliyini təmin etmək üçün sərəncamındakı bütün vasitələrdən istifadə etməyə davam edəcək", - məlumatda vurğulanıb.
Qeyd edək ki,Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin qərarına əsasən uçot dərəcəsi 7%, faiz dəhlizinin aşağı həddi 6%, faiz dəhlizinin yuxarı həddi isə 8% səviyyəsində dəyişməz saxlanılıb.