Bakı. Trend:
"WhatsApp" mesenceri istifadəçilərə "Özüm haqqımda" bölməsindəki məlumatların kimlər tərəfindən görüləcəyinə daha dəqiq nəzarət etmək imkanı verən yeni məxfilik funksiyasını istifadəyə verib.
Trend xəbər verir ki, bu barədə məlumat messencerin rəsmi hesabında yayımlanıb.
Əvvəllər bu məlumatı yalnız istifadəçinin kontakt siyahısında olan şəxslər görə bilirdisə, indi "Özüm haqqımda" bölməsini ayrı-ayrı şəxslərdən və ya qruplardan gizlətmək mümkündür.
Bu funksiyanı aktivləşdirmək üçün "Parametrlər" → "Məxfilik" → "Özüm haqqımda" bölməsinə daxil olaraq uyğun variantı seçmək kifayətdir.