...

IX-XI siniflər üçün tədris ilinin ilk buraxılış qiymətləndirmə monitorinqi keçiriləcək

Cəmiyyət Materials 21 Oktyabr 2025 15:49 (UTC +04:00)
IX-XI siniflər üçün tədris ilinin ilk buraxılış qiymətləndirmə monitorinqi keçiriləcək
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən 2 noyabr 2025-ci il tarixində şagird nailiyyətlərinin mərkəzləşmiş qaydada monitorinqinin həyata keçirilməsi məqsədilə IX -XI siniflər üçün buraxılış imtahanları modelinə uyğun olaraq tədris ilinin ilk buraxılış qiymətləndirmə monitorinqi keçiriləcək.

Trend xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi məlumat yayıb.

Bildirilib ki, monitorinqdə 8 mindən artıq şagirdin iştirakı nəzərdə tutulur.

Monitorinq “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”na uyğun olaraq şagird nailiyyətlərinin mərkəzləşmiş qaydada monitorinqinin həyata keçirilməsi üçün Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən yaradılan Monitorinq Mərkəzinin imkanlarından istifadə olunaraq təşkil olunacaq.

Şagirdlərimiz monitorinqdə istifadə olunan mövzularla bağlı məlumatı IX siniflər siniflər üzrə https://l24.im/4e3Sk linkindən, XI siniflər üzrə isə https://l24.im/54DWhub linkindən tanış ola bilərlər.

Qeyd edək ki, qiymətləndirmə monitorinqində rayonlar üzrə ən yüksək nəticə göstərən şagirdlərimiz tərəfdaş şirkətlər tərəfindən mükafatlandırılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti