...

Halı pisləşdiyi üçün qəza törədən avtobus sürücüsünün vəziyyəti açıqlandı (YENİLƏNİB)

Cəmiyyət Materials 21 Oktyabr 2025 13:18 (UTC +04:00)
Halı pisləşdiyi üçün qəza törədən avtobus sürücüsünün vəziyyəti açıqlandı (YENİLƏNİB)
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

21.10.2025-ci il tarixində saat 11:30 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Səbail rayonu ərazisindən halı pis səbəbilə çağırış daxil olub.

Bu barədə Trend-in sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, dərhal təcili tibbi yardım briqadası çağırış ünvanına cəlb olunub.

"Təcili tibbi yardım briqadası tərəfindən 56 yaşlı şəxs (kişi) arterial hipertenziya diaqnozu ilə Xətai Tibb Mərkəzinə hospitalizasiya olunub. Tibb müəssisəsinin Təcili tibbi yardım şöbəsində ona zəruri tibbi xidmətlər göstərilib. Hazırda müalicəsi davam etdirilir, vəziyyəti stabildir"- deyə TƏBİB-dən əlavə edilib.

***

12:25

Bakı. Trend:

Bu gün saat 10:51 radələrində Neftçilər prospekti istiqamətində, Bulvar ərazisi yaxınlığında “BakuBus” MMC-yə məxsus 125 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkətdə olan 99-JU-809 dövlət qeydiyyat nişanlı avtobusun iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə Trend-in sorğusuna cavab olaraq “BakuBus” MMC-nin mətbuat katibi Əsmər Əliyeva məlumat verib.

"Bildirək ki, avtobusun sürücüsünün səhhətində qəfil narahatlıq yaranıb və o, nəqliyyat vasitəsini dayandırmağa cəhd etsə də, idarəetməni itirərək avtobusu Bulvar ərazisinə tərəf yönəldib. Hadisə nəticəsində sərnişinlər arasında xəsarət alan olmayıb. Sürücüyə ilkin tibbi yardım göstərilməsi üçün dərhal Təcili Tibbi Yardım Xidməti çağırılıb",- o vurğulayıb..

Məqalədə:
Xəbər lenti

Xəbər lenti