...

Bakı və Astana arasındakı münasibətlər öz inkişafının zirvəsindədir - Qazaxıstanlı ekspert

Siyasət Materials 20 Oktyabr 2025 17:00 (UTC +04:00)
Bakı və Astana arasındakı münasibətlər öz inkişafının zirvəsindədir - Qazaxıstanlı ekspert
Emin Əliyev
Emin Əliyev
Bütün xəbərlər

Astana. Trend:

Azərbaycan və Qazaxıstan arasındakı münasibətlər öz inkişafının zirvəsindədir.

Bunu Qazaxıstanın Avrasiya İnteqrasiyası İnstitutunun eksperti Əminə Kosbayeva Prezident İlham Əliyevin Qazaxıstana dövlət səfəri ərəfəsində Trend-in Astanaya ezam olunmuş xüsusi müxbirinə deyib.

“Əməkdaşlığın ən müxtəlif istiqamətlərini əhatə edən çoxsaylı sazişlər bağlanıb. Xüsusilə magistral nəqliyyat marşrutları sahəsində fəal işlər nəzərə çarpır – hər iki ölkə Orta Dəhlizin inkişafında həlledici rol oynayır. Bu gün ikitərəfli münasibətlər strateji tərəfdaşlıq xarakteri daşıyır,” - deyə o qeyd edib.

Kosbayeva vurğulayıb ki, ikitərəfli əməkdaşlığın potensialı böyükdür və bunu statistika da təsdiqləyir.

“2020-ci ildən bəri Azərbaycanla Qazaxıstan arasında ticarət dövriyyəsi 5 dəfə artıb. Bu, heyranedici nəticədir, hərçənd bəziləri bunu qeyri-kafi hesab edə bilər, belə ki, hər iki ölkənin məqsədi ticarət dövriyyəsini bir milyard dollara çatdırmaqdır. Bununla belə, bu məqsədə çatmaq üçün həm potensial, həm də imkanlar mövcuddur”, - deyə ekspert bildirib.

Kosbayeva əlavə edib ki, Azərbaycanın sənaye sektorundakı sabit artım ikitərəfli iqtisadi əməkdaşlıq üçün yeni perspektivlər açır.

“Xüsusilə səfər çərçivəsində Qazaxıstan-Azərbaycan biznes forumunun keçirilməsinin gözlənildiyini qeyd etməyə dəyər. Düşünürəm ki, bu tədbir dövlətlərarası səviyyədə əldə olunmuş razılaşmaların praktik müstəviyə – hər iki ölkənin şirkətləri arasında real müqavilələrə və sazişlərə çevrilməsinə imkan verəcək mühüm mərhələ olacaq”, - deyə o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti