...

Daha bir Avropa ölkəsində skuterlər qadağan edilir

Dünya xəbərləri Materials 21 Oktyabr 2025 11:50 (UTC +04:00)
Daha bir Avropa ölkəsində skuterlər qadağan edilir
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Çexiyanın paytaxtı Praqada 2026-cı ilin yanvar ayından etibarən elektrik skuterləri qadağan ediləcək .

Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Praqa meriyasının rəsmisi Zdenek Hrib yayılan məlumatı təsdiqləyərək, elektrik skuterlərin şəhərdə avtomobil və piyada yollarında “xaos” yaratdığını bildirib.

Onun sözlərinə görə, skuterlərdən hazırda nəqliyyat vasitəsi kimi yox bir “turistik atraksion” kimi istifadə edirlər.

Gələn ildən etibarən qüvvəyə minəcək qaydaya əsasən, elektrik skuterlərin icarəsi xidmətləri ləğv olunacaq.

Qeyd edək ki, bundan qabaq oxşar qadağalar Paris və Madrid şəhərlərində tətbiq olunmuşdu.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti