...

Azərbaycan və Qazaxıstan iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün mühüm potensiala malikdirlər - Politoloq

Dünya xəbərləri Materials 20 Oktyabr 2025 16:25 (UTC +04:00)
Azərbaycan və Qazaxıstan iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün mühüm potensiala malikdirlər - Politoloq
Emin Əliyev
Emin Əliyev
Bütün xəbərlər

Astana. Trend:

Azərbaycan və Qazaxıstan iqtisadi əməkdaşlığın inkişafı üçün mühüm potensiala malikdirlər.

Trend-in xüsusi müxbiri xəbər verir ki, bunu Prezident İlham Əliyevin səfəri ərəfəsində Astanada jurnalistlərə verdiyi açıqlamada politoloq Aman Mambetali deyib.

Onun sözlərinə görə, son illər ikitərəfli əməkdaşlıqda yüksəlişin müşahidə olunmasına baxmayaraq, cari göstəricilər ölkələrin böyüklüyünü və gələcəkdə daha da inkişaf etməsi üçün nəhəng potensiala malik olduqlarını nəzərə alsaq nisbi-orta səviyyədədir.

Mambetali qeyd edib ki, Qazaxıstanla Azərbaycanı çoxəsrlik tarix və ortaq türk irsi birləşdirir. Ölkələr tarixi əlaqələri fəal şəkildə bərpa edir və inkişaf etdirirlər.

“Bu gün münasibətlərimiz çoxşaxəlidir – logistika, mədəniyyət, humanitar sahə, təhsil, iqtisadiyyat və digər istiqamətləri əhatə edir”, -deyə ekspert bildirib.

Mambetalinin sözlərinə görə, Qazaxıstan və Azərbaycanın rəhbərlərinin siyasi iradəsi hər iki ölkədə ictimai rəy ilə üst-üstə düşür ki, bu da tərəfdaşlığın daha da inkişafı üçün əlverişli şərait yaradır. O, xüsusilə “Türk kəməri” adlı iqtisadi və nəqliyyat dəhlizi təşəbbüsünə diqqət çəkib. Ekspertin fikrincə, bu layihə regionda inteqrasiya və təhlükəsizliyin mühüm amilinə çevriləcək.

“Qazaxıstan üçün Azərbaycan Qafqaz regionuna yol açır, Azərbaycan üçün isə Qazaxıstan Mərkəzi Asiyaya aparan mühüm logistika mərkəzi və ‘qapı’dır”, – deyə o əlavə edib.

Ekspert həmçinin Vaşinqtonda imzalanmış Zəngəzur dəhlizi üzrə saziş kimi logistika dəhlizlərinin əhəmiyyətini vurğulayıb. Onun sözlərinə görə, bu, ölkələr arasında təhlükəsiz və səmərəli nəqliyyat əlaqəsini təmin edəcək.

Politoloq xatırladıb ki, Qazaxıstan işğal dövründə Azərbaycanın suverenliyini daim dəstəkləyib. Hər iki ölkə həmçinin təhlükəsizlik sahəsində əməkdaşlığın inkişafı barədə ümumi baxışa malikdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti