...

Azərbaycanın ümumi elektrik enerjisi istehsalı gücü 16%-ə yaxın artıb

Yaşıl iqtisadiyyat Materials 20 Oktyabr 2025 09:38 (UTC +04:00)
Azərbaycanın ümumi elektrik enerjisi istehsalı gücü 16%-ə yaxın artıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Yeni elektrik stansiyalarının istifadəyə verilməsi ilə hazırda ölkəmizin ümumi elektrik enerjisi istehsalı gücü 9732,5 MVt-a çatıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1317 MVt və ya 15,6 faiz artım deməkdir.

Trend xəbər verir ki, bu barədə Energetika naziri Pərviz Şahbazovun 20 Oktyabr Energetiklər Günü münasibətilə "Azərbaycan" qəzetində “Azərbaycan Regional Enerji Qovşağına Çevrilir” adlı məqaləsində bildirilib.

“Bu əhəmiyyətli artımda ölkəmizin və bütövlükdə Cənubi Qafqazın ən böyük enerji müəssisəsi olan, şanlı Zəfərimizi əbədiləşdirən 1 880 MVt gücündə “8 Noyabr” Elektrik Stansiyasının istismara verilməsinin mühüm rolu vardır. Mingəçevirin yalnız Azərbaycanın deyil, bütövlükdə Cənubi Qafqazın energetika mərkəzi kimi mövqeyini gücləndirən bu stansiya enerji səmərəliliyi ilə yanaşı, Çin və İtaliya şirkətləri ilə əməkdaşlıq timsalında elektroenergetikada beynəlxalq tərəfdaşlığın parlaq nümunəsidir”, - məqalədə qeyd edilib.

Bildirilib ki, elektroenergetika sistemində hazırda ümumi gücü 7903 MVt olan 24 istilik elektrik stansiyası, 1 443,5 MVt-lıq 65 su elektrik stansiyası, 278,2 MVt gücündə 9 günəş elektrik stansiyası, 63,5 MVt gücündə 5 külək elektrik stansiyası, 37 MVt gücündə bərk məişət tullantıları elektrik stansiyası və ümumi gücü 7,3 MVt olan 3 hibrid elektrik stansiyası fəaliyyət göstərir: “Su elektrik stansiyaları daxil olmaqla bərpa olunan enerji mənbələri üzrə elektrik stansiyalarının gücü 1 829,6 MVt-dır ki, bu da ümumi istehsal gücünün təxminən 18,8 faizini təşkil edir. Bu dövrdə generasiya ilə yanaşı, elektrik şəbəkəsinin gücü də artaraq 29 714 MVA-a çatıb”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti