...

Sumqayıtın bəzi ərazilərində qaz təchizatı müvəqqəti dayandırılıb

Cəmiyyət Materials 20 Oktyabr 2025 14:42 (UTC +04:00)
Sumqayıtın bəzi ərazilərində qaz təchizatı müvəqqəti dayandırılıb
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Sumqayıt şəhərində bəzi ərazilərin qaz təchizatı müvəqqəti dayandırılıb.

Trend xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb.

Bildirilib ki, Sumqayıt şəhəri, 52-ci məhəllə, Novxanı bağları, Qurd dərəsi və Saray bağları yaşayış ərazilərinin qaz xəttində yaranan qəzanın aradan qaldırılması ilə əlaqədar 20.10.2025-ci il tarixdə saat 13:50-dən qaz təchizatı dayandırılıb.

Hazırda təmir-bərpa işləri görülür. Sumqayıt şəhəri, 52-ci məhəllə və Novxanı bağlarının bir hissəsinin, Qurd dərəsi və Saray bağları yaşayış ərazilərinin qaz təchizatında müvəqqəti fasilə yaranıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti