Bakı. Trend:
Türkiyənin xarici işlər naziri Hakan Fidan Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas ilə görüşüb.
Trend xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin "X" səhifəsində paylaşım edilib.
Görüş Aİ Şurasının "Regionlararası təhlükəsizlik və əlaqə" mövzusunda xarici işlər nazirlərinin iclası çərçivəsində Lüksemburqda baş tutub. Görüşün təfərrüatları hələlik açıqlanmayıb.
Qeyd edək ki, oktyabrın 20-də Lüksemburqda keçiriləcək iclasda müxtəlif mövzular müzakirə olunacaq.