...

"Real"ın sabiq futbolçusu 38 yaşında insult keçirdi

İdman Materials 20 Oktyabr 2025 04:49 (UTC +04:00)

Bakı. Trend:

Niderland millisinin sabiq yarımmüdafiəçisi Royston Drente insult keçirib.

Trend xəbər verir ki, Drentenin çıxış etdiyi həvəskar FC de Rebellen klubu bildirib ki, 38 yaşlı futbolçunun səhhətindəki problemlər cümə günü yaranıb. Hazırda xəstəxanaya yerləşdirilən Roystonun vəziyyətinin stabil olaraq dəyərləndirildiyi bildirilir.

Qeyd edək ki, Drente “Real”, “Everton”, “Alaniya” və “Feyenoord” klublarında çıxışları ilə tanınır.

Xəbər lenti

Xəbər lenti