Bakı. Trend:
Avropanın bir çox klubunun transfer siyahısında yer alan Mark Qehi "Kristal Pelas"dan ayrılacaq.
Trend xəbər verir ki, bu barədə Premyer Liqa klubunun baş məşqçisi Oliver Qlasner bəyan edib.
Qeyd edək ki, "Kristal Pelas" Mark Qehini 2021-ci ilin yayında "Çelsi"dən transfer edib.
İngiltərə millisinin üzvü olan 25 yaşlı mərkəz müdafiəçisi bu mövsüm London təmsilçisinin heyətində meydana çıxdığı 12 rəsmi matçda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.