Bakı. Trend:
Argentinada 66 yaşlı siyasətçi, Radikal Vətəndaş İttifaqı Partiyasından deputatlığa namizəd Ernan Damiani canlı yayımlanan teledebatda dünyasını dəyişib.
Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, hadisə “Dolar Blue” adlı onlayn yayımlanan proqramın studiyasında keçirilən televiziya debatları zamanı baş verib. Siyasətçi efir zamanı ürəktutmasından vəfat edib.
Damiani çıxış etdiyi anda qəflətən huşunu itirib. Namizəd dərhal Posadas şəhərindəki Madariaga xəstəxanasına aparılsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər.