...

Cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb - DİN

Cəmiyyət Materials 18 Oktyabr 2025 09:52 (UTC +04:00)
Cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb - DİN
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Oktyabrın 17-də ölkə ərazisində qeydə alınan 34, əvvəlki dövrlərdən bağlı qalan 4 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

DİN-in Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 74, o cümlədən borclu şəxs qismində axtarışda olan 40 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Qeyd edilib ki, narkotiklərlə əlaqəli 18, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 12 fakt müəyyən edilib.

Həmçinin cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti