...

Antarktida sahillərində onlarla yeni metan qaynağı aşkarlanıb

Dünya xəbərləri Materials 18 Oktyabr 2025 17:37 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Alimlər Antarktida sahillərində onlarla yeni sualtı qaz mənbəyini qeydə alıblar.

Trend xarici KİV-lərə istinadən xəbər verir ki, bu hadisə əvvəllər son dərəcə nadir müşahidə olunan təbiət hadisəsi hesab edilirdi.

Məlumata görə, Ross dənizinin sahilyanı zonasının dibindən metan qabarcıqları və digər flüidlər (mayelər və qaz qarışıqları) səthə çıxır. Bu qabarcıqlar qısa müddətdə atmosferə daxil ola bilər. Bəzi ərazilərdə dəniz orqanizmlərinin yaşaya bilmədiyi “ölü zonalar” müəyyən edilib, bu isə qaz emissiyasının artıq yerli ekosistemə təsir göstərdiyini göstərir.

Alimlər xəbərdarlıq edirlər ki, əgər bu proses geniş miqyas alsa, təhlükəli “əks effekt” mexanizmini işə sala bilər, yəni buzlaqların əriməsi metan emissiyasını sürətləndirər, metan isə öz növbəsində qlobal istiləşməni daha da gücləndirər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti