Mingəçevir. Trend:
Mingəçevirdə 19 yaşlı qızın meyti tapılıb.
Trend-in yerli bürosunun əldə etdiyi xəbərə görə, Günəşli Bağlar adlanan ərazidə 19 yaşlı qızın meyti yaşadığı ünvanda aşkar edilib.
İlkin məlumata görə, 2006-cı il təvəllüdlü Ləman Bayramovanın qız toyu olub. Noyabr ayının 1-də isə oğlan toyu olacaqmış.
Hadisənin hansı səbəbdən baş verdiyi bilinmir.
Faktla bağlı araşdırma başlanıb.