...

İKT sahəsində 10 milli standart layihəsi təsdiqlənəcək

Telekommunikasiya Materials 17 Oktyabr 2025 13:57 (UTC +04:00)
İKT sahəsində 10 milli standart layihəsi təsdiqlənəcək
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

İnformasiya və kommunikasiya texnologiyaları (İKT) üzrə 10 milli standart layihəsi təsdiq ediləcək.

Trend xəbər verir ki, bu, Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən təsis edilən “İnformasiya-kommunikasiya texnologiyaları” standartlaşdırma üzrə Texniki Komitənin (AZSTAND/TK 05) növbəti iclasında müzakirə edilib.

İclasda AZSTAND-la yanaşı, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası, Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyları Sənayesi Assosiasiyasi və “AzInTelecom” MMC-nin nümayəndələri iştirak ediblər.

İclas zamanı 2025-ci il üzrə sözügedən Texniki Komitənin Fəaliyyət Planına uyğun görülən işlər və həlli vacib məsələlər müzakirə edilib. Sahə üzrə aktual hesab edilən 10 milli standart layihəsinin təsdiq edilməsi barədə qərar qəbul edilib.

Həmçinin “Milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılmasına dair 2023 – 2025-ci illər üçün Dövlət Proqramı”nda Texniki Komitənin üzərinə düşən vəzifələr üzrə görülən işlər nəzərdən keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti