...

Füzuli Şəhəri Günü geniş konsert proqramı və atəşfəşanlıqla başa çatıb (FOTO)

Cəmiyyət Materials 17 Oktyabr 2025 22:38 (UTC +04:00)
Füzuli Şəhəri Günü geniş konsert proqramı və atəşfəşanlıqla başa çatıb (FOTO)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Oktyabrın 17-də Mədəniyyət Nazirliyi və Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin təşkilatçılığı ilə Füzuli şəhərinin 1-ci yaşayış məhəlləsində yerləşən parkda qurulmuş böyük səhnədə möhtəşəm konsert proqramı təşkil olunub.

Mədəniyyət Nazirliyindən Trend-ə verilən məlumata görə, konserti Xüsusi nümayəndəliyin əməkdaşları, Mədəniyyət Nazirliyi İncəsənət və qeyri-maddi mədəni irs şöbəsinin müdiri İntiqam Babayev və şəhər sakinləri izləyiblər.

Proqrama F.Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının (baletmeyster: Əməkdar artist Ceyhun Qubadov) ifasında bu il anadan olmasının 140 illiyi dövlət səviyyəsində qeyd edilən dahi bəstəkar Üzeyir Hacıbəylinin “Cəngi” əsəri ilə başlanılıb.

Sonra Əməkdar artistlər Nizami Abdullayev, Anar Şuşalı, Ehtiram Hüseynov, həmçinin solistlər Vəfa Vəzirova, Murad Arif, Səbinə Ərəbli, Eldəniz Məmmədov, Könül Tağıyeva, Günay İbrahimli ifa etdikləri xalq və bəstəkar mahnıları ilə tamaşaçıların könlünü oxşayıblar.

Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının ifasında təqdim olunan bir sıra xalq rəqsləri alqışlarla qarşılanıb.

Vətənimizi, onun dilbər guşəsi Qarabağı tərənnüm edən nəğmələrdən ibarət konsert proqramından sonra möhtəşəm atəşfəşanlıq olub. Azad yurdun səması al-əlvan rənglərlə boyanıb. Yaranmış ecazkar mənzərə doğma yurdda qurub-yaratmağa başlayan sakinlərə unudulmaz anlar bəxş edib.

Xəbər lenti

Xəbər lenti