...

Bugünədək mina insidentlərindən zərər çəkənlərin statistikası açıqlanıb

Cəmiyyət Materials 17 Oktyabr 2025 12:11 (UTC +04:00)
Bugünədək mina insidentlərindən zərər çəkənlərin statistikası açıqlanıb
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Davamlı şəkildə aparılan təmizləmə və maarifləndirmə tədbirlərinə baxmayaraq Vətən müharibəsindən bu günədək 409 nəfər vətəndaşımız baş vermiş mina insidentləri nəticəsində həlak olub, müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Trend xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov Amputant futbolu üzrə Millətlər Liqasının açılış mərasimində səsləndirib.

O bildirib ki, Azərbaycan Avropada mina problemindən ən çox zərər çəkən ölkələrdən biridir. İşğaldan azad edilmiş ərazilərdə bir milyondan çox mina basdırılıb.

ANAMA sədri vurğulayıb ki, Amputant futbol platformasının Azərbaycanda inkişaf etdirilməsi, belə bir beynəlxalq tədbirin ölkəmizdə keçirilməsinə dəstək olan hər kəsə, Dünya Amputant Futbol Federasiyasına, şəxsən Mateuş Vidlaka, Azərbaycan Gənclər və İdman nazirliyinə, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasına və oyunların ölkəmizdə keçirilməsinə yardım göstərən SOCAR və Neftçi İdman klubuna təşəkkür edib.

“Minadan zərər çəkənlərin, habelə əlilliyi olan digər insanların amputant futbolu vasitəsilə cəmiyyətə reinteqrasiyasında əməyi keçən hər kəsə bir daha minnətdarıq. Ölkəmizdə ilk dəfə keçirilən bu oyunları yüksək dəyərləndirir və komandalara uğurlar arzulayırıq”.

Xəbər lenti

Xəbər lenti